Tanınmış cütlüyün övladının xoş günü - FOTO

Məşhur cütlük Ülviyyə Xəlilbəyli və Murad İsmayılın oğlunun 1 yaşı tamam olub.

Baku.ws  bildirir ki,  aktyorlar oğulları Fuadın ad günü münasibətilə fotosessiya etdiriblər.

Onlar övladları ilə çəkdirdikləri fotoları sosial şəbəkə hesablarında yayımlayıblar.

Valideynləri şəkilə xoş sözlər yazaraq körpə Fuadı təbrik ediblər: "Həyatımızn mənası, şirin şəkər balamız, Fuadımız, bu gün ilk ad günündür. Təbriklər, oğlum. Səni çox istəyirik. Yaxşı ki, həyatımıza rəng qatırsan".

İstifadəçilər də ad günü münasibətilə cütlüyün ünvanına çoxlu sayda təbrik mesajları yazıblar.

Qeyd edək ki, gənc aktyorlar Ülviyyə və Murad "Vicdan haqqı" serialında tanış olub eşq yaşamağa başlayıblar. Onlar 2018-ci ilin noyabrında ailə həyatı qurublar. Hazırda cütlüyün bir oğlu var.

Tanınmış cütlüyün övladının xoş günü

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31