“QARABAĞ.İNSAN.QƏLƏBƏ” ssenari müsabiqəsinin qısa siyahısı açıqlandı
11 Mart 2021 13:03 Teatr və kinoAzərbaycan Kinematoqrafçılar İttifaqının Qarabağ həqiqətlərini kinoda ifadəsi və dünya tamaşaçısına çatdırmaq məqsədi ilə elan etdiyi "Qarabağ.İnsan.Qələbə" ssenari müsabiqəsinin qısa siyahısı elan edilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqı katibliyindən Olaylar.az saytına verilən məlumata görə, müsabiqəyə 40 iş təqdim edilib. 37 ssenari müsabiqəyə buraxılsa da, onlardan 15 ssenari növbəti mərhələyə buraxılıb. Qarabağ həqiqətlərinin dünyaya çatdırılması məqsədi ilə ssenarilər qiymətləndirilərkən peşəkarlıq səviyyəsi ilə yanaşı ssenarinin xarici tamaşaçıların diqqətini çəkməsi amili əsas rol oynayıb.
Müsabiqənin qalibləri 18 mart tarixində elan ediləcək. Qərar qəbul etmiş münsif üzvlərinin adları da həmin tarixdə açıqlanacaq.
"Qarabağ.İnsan.Qələbə" ssenari müsabiqəsinin qısa siyahısı:
- Abdullayev Elvin - Kapitan Fərhadın Odisseyası
- Dadaşov Nicat - Sahibin evi
- Hüseynova Türkan - Axırıncı palata
- Rəsulzadə Çingiz - Daima birlikdə
- Səfərov Hacı - Kaş
Gülər Seymurqızı