Əməkdar artist Ötkəm İskəndərovun sərt bəyanatı

Əməkdar artist Ötkəm İsgəndərov Azərbaycan Kinematoqrafçılar İttifaqına qarşı sərt fikirlərini yayımlayıb. Olayıar.az əməkdar artistin fikirlərini olduğu kimi təqdim edir:

Əməkdar artist Ötkəm İsgəndərov Azərbaycan Kinematoqrafçılar İttifaqına qarşı sərt fikirlərini yayımlayıb. Olayıar.az əməkdar artistin fikirlərini olduğu kimi təqdim edir:

Mən İskəndərov Ötkəm Ağasəf oğlu vaxtilə Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü olmuşam. 1975-ci ildən kino sahəsində çalışıram. Bu günə kimi 50-ə yaxın filmdə rol almışam. Öz canımla, qanımla vətənimə, müstəqil Azərbaycanıma bağlıyam və vətənimə qulluq etmək hər bir vətəndaş kimi mənim də borcumdur. Ölkə prezidenti cənab İlham Əliyevin siyasətini dəstəkləyərək Vətənimə xor baxanlara qarşı amansızam. Vaxtilə üzvü olduğum Azərbaycan Kinematoqrafçılar İttifaqından çıxmaq üçün 2009-cu ildə ərizə yazmışam . Elə o vaxtdan da həmin ittifaqla heç bir əlaqəm yoxdur və üzvlük vərəqimi də həmin dövrdə cırıb ataraq imtina etmişəm. Bəyan edirəm ki, mən belə bir qurum tanımıram və həmin qurumun da üzvü deyiləm.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31