Teatr səhnəsində “Kimdir müqəssir?!”

 İyunun 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrının repertuarından Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında “Kimdir müqəssir?!” tamaşası nümayiş olunacaq.

İyunun 12-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Bakı Uşaq Teatrının repertuarından Əbdürrəhim bəy Haqverdiyevin eyniadlı pyesi əsasında "Kimdir müqəssir?!" tamaşası nümayiş olunacaq.

Olaylar.az bildirir ki, rejissor E. Zeynallının quruluş verdiyi tamaşada kiçik bir ailənin timsalında böyük bəşəri problemlər, insanın təkamül yolu, qadın-kişi münasibətlərindəki anlaşılmazlıqların doğurduğu faciələr əks olunur.

Tamaşada rolları Niyaz İlyasoğlu, Məlahət Əhməd, Əliqulu Səmədov və başqaları ifa edirlər.

Tamaşanın rəssamı Sevda Məmmədova, musiqi tərtibatçısı Rauf Hüseynli, rəqslərin quruluşçusu Könül Şahbazovadır.

Tamaşaya ictimai baxış bu günlərdə Bakıdakı 91 nömrəli orta məktəbdə keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31