Ssenari müəllifləri üçün seminar

"Britaniya Film Baharı" festivalı çərçivəsində British Council filmlərin nümayişi ilə yanaşı, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi və "Nərimanfilm" kino şirkəti ilə birgə ssenari müəllifləri üçün seminar təşkil olunacaq. Kinostudiyadan "Olaylar" - a bildirilib ki, Britaniyalı mütəxəssis, "Yetkinlik Həyatının Bacarıqları" filminin ssenari müəllifi Pol Freyzer 24-28 aprel tarixlərində Nizami Kino Mərkəzində ssenaristlər üçün 5 gün təlim keçəcək. 

Təlimlərdə iştirak etmək istəyənlər 1 A4 səhifə həcmində layihənin sinopsisini 12 aprelədək [email protected] email ünvanına göndərə bilərlər. Qadınlarla bağlı mövzulara üstünlük verilir. İştirak ödənişsizdir.

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31