“Britaniya Film Baharı”
9 Aprel 2017 14:16 Teatr və kinoBöyük Britaniyanın Azərbaycandakı Səfirliyi və Nizami Kino Mərkəzinin əməkdaşlığı çərçivəsində British Council tərəfindən təşkil edilən "Britaniya Film Baharı" festivalında 28 aprel - 4may tarixlərində Nizami Kino Mərkəzində qadınların çəkdiyi və qadınlara həsr olunan 6 film nümayiş olunacaq:
Kinostudiyadan "Olaylar" - a bildirilib ki, "Yetkinlik Həyatının Bacarıqları" (Adult Life Skills) "Etel və Ernest" (Ethel and Ernest), "Mən, Deniel Bleyk" (I, Daniel Blake), "Möhtəşəm Həyat" (This Beautiful Fantastic), "Yan, Yan, Yan" (Burn, Burn, Burn) və "Daşqın" (The Levelling) filmləri nümayiş olunacaq.
Filmlər ingilis dilində nümayiş olunacaq, "Yetkinlik Həyatının Bacarıqları" filmi Azərbaycan dilində altyazılarla təqdim olunacaq. Biletlərin qiyməti 2 AZN-dir. Biletləri Nizami Kino Mərkəzinin kassalarında əldə etmək mümkündür.