Əfrasiyab Bədəlbəyli “Qız qalası” ilə anılacaq
4 Aprel 2017 20:25 Teatr və kinoAprelin 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın Xalq artisti, bəstəkar və dirijor Əfrasiyab Bədəlbəylinin "Qız qalası" baletinin tamaşası nümayiş olunacaq. Teatrdan "Olaylar" - a bildirilib ki, tamaşa görkəmli bəstəkarın 110 illiyinə həsr olunacaq.
Aprelin 15-də baş tutacaq tamaşada əsas rolları Azərbaycanın Xalq artisti Gülağası Mirzəyev (Polad) və Əməkdar artistlər Tamilla Məmmədzadə (Gülyanaq) və Makar Ferştandt (Cahangir xan) ifa edəcəklər.
Qeyd edək ki, tamaşanın dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31