Məşhur rejissor dünyasını dəyişdi

Uzun müddət Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çalışan sevimli rejissorumuz, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Rafiq Dadaşov dünyasını dəyişib.

Kinostudiyadan "Olaylar" - a verilən məlumata görə, Rafiq Dadaşov "Azərbaycanfilm" kinostudiyasında uzun əmək yolu keçib. O, qısa bir zamanda "Yenilməz batalyon", "Sən nə üçün susursan?", "Torpaq. Dəniz. Od. Səma", "Bir cənub şəhərində" kimi bədii filmlərdə rejissor köməkçisi, "Səmt küləyi", "1001-ci qastrol", "Dantenin yubileyi", "Yarımçıq qalmış serenada", "Yol əhvalatı", "Uzun ömrün akkordları", "Qəm pəncərəsi", "Ötən ilin son gecəsi" və s. bədii filmlərdə ikinci rejissor qismində yüksək iş qabiliyyəti, özünə qarşı tələbkarlığı, peşəkarlığı ilə seçilib. Bu gün də tamaşaçılar tərəfindən sevilə-sevilə baxılan bir çox filmlərin uğur qazanmasında Rafiq Dadaşovun xüsusi əməyi vardır. O, 2016-cı ildə "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülmüşdü.

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının kollektivi adından mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir, onlara səbr diləyirik.

Allah rəhmət eləsin! 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31