Sosial

Bakıda 6 avtobus marşrutunun son dayanacağı dəyişdirilib

12 Yanvar 2018 17:57

Yanvarın 13-ü səhər saatlarından “Dərnəgül” Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərimizin istifadəsinə veriləcək. Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İctimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.

Bağçalara verilən ərzaqlar keyfiyyətlidirmi? - AÇIQLAMA - VİDEO

12 Yanvar 2018 17:45

Regionlarda, xüsusən də ucqar kəndlərdə yaşayan istehsalçıların əsas problemi məhsulunu satacaq bazarı tapmaqla bağlı idi. Lakin bu çətinlik Ərzaq Məhsullarının Tədarükü və Təchizatı ASC-nin yaradılması ilə öz həllini tapmış oldu. Kiçik və orta sahibkarlığa təkan verən cəmiyyətin əsas vəzifələrindən biri regionlarda istehsal olunan məhsulların bazar problemini həll etməkdir. Səhmdar cəmiyyət regionlarda yetişən məhsulları istehsalçının qapısında çox əlverişli bazar qiymətləri ilə alır.

Ombudsman 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat verib

12 Yanvar 2018 17:39

Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar bəyanat verib. Ombudsman Aparatından Trend-ə verilən məlumata görə, bəyanatda deyilir: "1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilmiş, hərbi gəmilərlə gətirilmiş desant qrupları, tanklar və digər ağır hərbi texnikadan istifadə etməklə dinc əhalini atəşə məruz qoymuş, bununla da beynəlxalq hüquq normaları, keçmiş SSRİ-nin və Azərbaycan SSR-nin konstitusiyalarının müvafiq müddəaları kobudcasına pozulmuş, doğma yurdunun azadlığının və öz hüquqlarının müdafiəsinə qalxmış çoxmillətli xalqımıza qarşı, insanlıq əleyhinə qatı cinayət törədilmişdir.

Məleykə Abbaszadə: “Buraxılış imtahanı ötən il olduğu kimi iki mərhələdə keçiriləcək”

12 Yanvar 2018 17:14

“Fənn kurikulumlarının tətbiqi ilə bağlı olan bütün bu yeniliklər nəzərə alınaraq, 2016/2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni model əsasında həyata keçirilib”. Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının nəşr olunacaq xüsusi buraxılışının “Ön söz”ündə qeyd edib.

175 nömrəli marşrut xəttinin hərəkət sxeminə dəyişiklik edilib

12 Yanvar 2018 16:59

Yanvarın 13-dən 175 nömrəli müntəzəm marşrut xətti üzrə sərnişinlərimizə “BakuBus” MMC-yə məxsus müasir avtobuslar xidmət edəcək. Bakı Nəqliyyat Agentliyindənverilən məlumata görə, hərəkət sxeminə əsasən 175 nömrəli marşrut xətti üzrə avtobuslar Hövsan qəsəbəsi “Məktəb” küçəsindən deyil, E.Qasımov küçəsindən “Səməd Vurğun” bağına, eləcə də əks istiqamətdə hərəkət edəcəklər.

Bölgələrdə modul tipli 137 məktəb tikiləcək

12 Yanvar 2018 16:52

Yanvarın 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Prezident İlham Əliyev iclasdakı giriş nitqində 2017-ci ildə görülən işlərdən söz açıb. Ötən il ölkəmizin sürətlə və uğurla inkişaf etdiyini deyən dövlət başçısı həyatın bütün sahələrində əldə edilmiş nəticələrin ümumi inkişafa böyük töhfə verdiyini bildirib.

68 nəfər eksternat imtahanlarından uğurla keçib

12 Yanvar 2018 16:50

Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.Bakı Şəhəri üzrə Təhsil İdarəsindən “OLAYLAR”-a bildirilib ki, əvvəlki illərdə ümumi təhsil məktəblərində oxuyub ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirə bilməyən şəxslər üçün eksternat imtahanında 99 nəfər iştirak edib. Onlardan 68 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub. Eksternlər hərəsində 10 sual olmaqla, 2 gün ərzində 12 fənn (ana dili, ədəbiyyat, kimya, fizika, coğrafiya, informatika, həyat bilgisi, Azərbaycan tarixi, riyaziyyat, ümumi tarix, xarici dil, biologiya) üzrə imtahan veriblər. Rus bölməsi üzrə təhsil almış şəxslər isə əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahibdirlər.

Nazirlik araşdırmaya başladı: saxta səhifə...

12 Yanvar 2018 16:47

Hazırda Səhiyyə Nazirliyi (SN) tərəfindən bu qurumun saxta səhifəsinin yaradılması ilə bağlı araşdırma aparılır. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Nazirlikdən bildirilib ki, araşdırma bitdikdən sonra saxta səhifəni açan şəxsə qarşı qanunvericilik çərçivəsində tədbirlər görüləcək.

Azercell-dən General Mobile 6 - yeni ilin ilk sərfəli kampaniyası

12 Yanvar 2018 16:30

Yeni ilin ilk günlərində Azercell Telekom abunəçilərini yeni kampaniyaları ilə sevindirməyə davam edir. Şirkət 4,5 milyonluq abunəçi ailəsi üçün yeni smartfon kampaniyasına başlayır. Yanvar ayının 12-dən etibarən General Mobile 6 kampaniyası çərçivəsində abunəçilər güclü funksionallığı ilə seçilən 4G dəstəkli GM6 telefonuna faizsiz kreditlə ayda 35 AZN ödəyib sahib olmaqla yanaşı, bir sıra üstünlüklər də əldə edəcəklər. Belə ki, kampaniya iştirakçıları hədiyyə olaraq hər ay 5GB internet və üstəlik telefon üçün 1 illik pulsuz Kaspersky Antivirusu əldə edəcəklər.  Kampaniya bütün Azercell ofislərində və diler mağazalarında keçərlidir.

Nəsli kəsilməkdə olan vəhşi quşun Azərbaycandan çıxarılmasının qarşısı alınıb

12 Yanvar 2018 16:26

Azərbaycan gömrükçüləri nadir və nəsli kəsilmək təhlükəsi olan vəhşi quşun ölkəmizin sərhədindən sənədlərdən aldatma yolu ilə istifadə etməklə aparılmasına cəhdin qarşısını alıblar.

Bakı şəhərinin içməli su ilə təminatı yaxşılaşdırılır

12 Yanvar 2018 16:18

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı sakinlərinin içməli su təminatının daha da yaxşılaşdırılması, fasiləsiz su təchizatı rejiminin təmin olunması istiqamətində layihələrin icrasını davam etdirir. Səhmdar Cəmiyyətin mətbuat xidmətindən “OLAYLAR”-a bildirilib ki, 2018-ci ilin ilk günlərindən başlayaraq Bakı şəhəri Nəsimi rayonu Məsud Davudoğlu küçəsində yeni magistral su xəttinin tikintisi işləri intensiv şəkildə aparılır. Magistral su kəmərinin tikintisi həmin küçədə yeni yol infrastrukturunun yenilənməsi ilə əlaqədar aparılan əsaslı təmir-tikinti işləri çərçivəsində həyata keçirilir.

Ətraf mühitə ziyan vuran 859 nəfər inzibati məsuliyyətə cəlb edilib, 117.500 manat cərimə tətbiq olunub

12 Yanvar 2018 16:11

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında və çimərliklərdə məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

Xaricə köçmüş bəzi azərbaycanlı jurnalistlər “reketlik” edirlər

12 Yanvar 2018 16:05

"Bu gün Azərbaycandan xarici ölkələrə köçüb jurnalistika ilə məşğul olan, xüsusilə Azərbaycan dilində sayt yaradan bəzi jurnalistlərimiz var ki, onlar “reketçilik”lə məşğuldurlar”.

Bakıda bu villa 5 milyona satılır

12 Yanvar 2018 15:57

Bakıda 5 mərtəbəli villa fantastik qiymətə satışa çıxarılıb. Nəsimi rayonu İnqilab küçəsində yerləşən villa 20 sot torpağın içində tikilib. Hazırda təmirsiz olan villanın 12 otağı, 6 hamam və tualeti, 2 mətbəxi, 2 böyük qonaq otağı var. Mərtəbələrə qalxmaq üçün liftdən də istifadə etmək mümkündür.