Sosial
Goranboydakı silahlı insidentlə bağlı RƏSMİ MƏLUMAT
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi Goranboy rayonundakı silahlı insidentlə bağlı məlumat yayıb. Baş Prokurorluqdan Olaylar.az-a bildirilib ki, iyulun 12-də gecə saat 23 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində xidmət aparan rayon polis şöbəsinin əməliyyat müvəkkili Vüsal Kərimov avtomobilin yolun kənarındakı maneəyə çırpılması ilə əlaqədar bir qrup şəxsin yol kənarında toplaşdıqlarını görüb səbəbini müəyyənləşdirmək məqsədilə onlara yaxınlaşıb.
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlandı
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Olaylar.az-a verilən məlumata görə, iyulun 12-si axşamdan 13-ü səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi şimal və qərb rayonlarında şimşək çaxıb, yağış yağıb, Gədəbəy və Göygöldə dolu düşüb, qərb küləyi ayrı-ayrı yerlərdə güclənib.
Qarabağa həsrət qalan Qarabağ atları
“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” bu dəfə beynəlxalq auditoriyaya Qarabağ atları ilə bağlı video müraciət ünvanlayıb. İngilis dilində hazırlanan və beynəlxalq təşkilatların sosial şəbəkələrdəki rəsmi hesablarına göndərilən müraciətdə qeyd olunur ki, Azərbaycanın ən məşhur at cinslərindən olan Qarabağ atları 30 ilə yaxındır ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində min illər boyu yaşadıqları mühitdən didərgin salınıb. Qarabağ atları barədə qədim yunan tarixçisi Herodotun məşhur “Tarix” əsərində, Kitabi-Dədə Qorqud dastaında, rus rəssamı Vasili Vereşşaqinin qeyidlərində yer alan fikirlərin xüsusi olaraq vurğulandığı video çarxda bu atların keçmişindən də bəhs olunur.
Məktəb direktoru vəzifəsinə qəbul başladı
Bu gündən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə başlayıb. Müsabiqəyə 500-ə yaxın vakant yer çıxarılıb. Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az/direktorlar linkinə daxil olaraq qeydiyyatdan keçəcəklər.
Elton Məmmədov qardaşının ibadətindən danışdı
Sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, eks-deputat, hazırda Azərbaycan Texniki Universitetinin Strateji inkişaf üzrə prorektoru Elton Məmmədovun Musavat.com-a müsahibəsini təqdim edirik: - Elton müəllim, prorektor postunda işləriniz necə gedir?
Zəhərlənmənin səbəbi qarpızda deyil, özümüzdədir - MÜSAHİBƏ
Yay aylarında qida zəhərlənməsi hallarının artması müşahidə olunur. Bunların arasında qarpızdan zəhərlənən insanlar az deyil. Zəhərlənmə zamanı həkimə müraciət etsələr də, bəzən gecikirlər və bu, ölümlə nəticələnir. Son belə hal bu gün Biləsuvar rayonunda qeydə alınıb. Belə ki, İsmətli kənd sakini, 1992-ci il təvəllüdlü Əlizadə Cəmilə zəhərlənmə əlamətləri ilə rayon xəstəxanasına daxil olub, lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Məsələnin aktuallığını nəzərə alaraq Bakının baş toksikoloqu İsmayıl Əfəndiyevin fikirlərini alıb.
Bərdədə ev yandı - İki azyaşlı zəhərləndi
Bərdə rayonunda yaşayış evinin yanması nəticəsində iki azyaşlı tüstüdən zəhərlənib. Hadisə rayonun Cəyirli kəndində başverib.
Müstəqillik yolunun astanası - 14 iyul 1969-cu il
1969-cu ildə Ulu Öndər Heydər Əliyev respublikaya rəhbərliyinin ilk illərində qazandığı uğurlarla xalqını və dövlətini sevən rəhbər olduğunu sübuta yetirdi
Azərbaycanın bu bölgəsinə dolu düşdü - Nazirlik məlumat yaydı
Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkədə müşahidə olunan küləklə bağlı məlumat yayıb.
Bakıda qumbara tapıldı
Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən ANAMA-ya Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində əl qumbarasına bənzər əşyanın tapılması barədə məlumat daxil olub.
Polis Kəpəzdə silah-sursat aşkarladı
Kəpəz RPİ-nin əməkdaşları tərəfindən silah-sursat tapılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bu peşə sahibləri “çipləşdiriləcək”
Misirin turizm orqanları mehmanxana sektorunda çalışan əməkdaşların elektron məlumat bazasının yaradılması hesabına turistlərin ölkə otellərində olduqları müddətdə təhlükəsizlik səviyyəsini yaxşılaşdırmaq niyyətindədir.
Hacıəmi Atakişiyev vəfat etdi
“Azərbaycan Reklamçılar İttifaqı” İctimai Birliyinin sədri Hacıəmi Atakişiyev vəfat edib. Bu barədə mərhumun dostları məlumat veriblər.
Lənkəranda 18 yaşlı gənc itkin düşdü
Lənkəranın Göyşaban kənd sakini, 2001-ci il təvəllüdlü Rüfət Rasim oğlu Axundlu itkin düşüb.














