Vaşinqtonda keçirilmiş Dini Azadlıq üzrə Konfransda Azərbaycan fəal iştirak etmişdir
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti ABŞ tərəfinin dəvəti ilə 17-18 iyul tarixlərində Vaşinqton şəhərində keçirilmiş din azadlığının irəlilədilməsi üzrə Nazirlər Konfransında iştirak etmişdir.
20 İyul 2019 17:37 SosialDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi Azərbaycan Respublikasının nümayəndə heyəti ABŞ tərəfinin dəvəti ilə 17-18 iyul tarixlərində Vaşinqton şəhərində keçirilmiş din azadlığının irəlilədilməsi üzrə Nazirlər Konfransında iştirak etmişdir.
Olaylar.az bildirir ki, sözegedən konfransda 100-dən artlq dövlət və 10-dan çox beynəlxalq təşkilatın rəsmiləri iştirak etmiş, habelə dini liderlər və vətəndaş cəmiyyəti qrupları da cəlb olunmuşdur. ABŞ tərəfindən tədbirdə ABŞ-ın vitse-prezidenti Mayk Pens, ddövlət katibi Mayk Pompeo və DÖvlət Departamentinin din azadlığı üzrə xüsusi tapşırıqlar üzrə nümayəndəsi Səm Braunbek çıxış etmişdir.
Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri Mübariz Qurbanlı öz şıxışında ölkəmizin dünyəvi dövlət olması, dövlət-din modeli, müxtəlif dini icmaların dostluq və mehribanlıq şəraitində birgə yaşadığı, cəmiyyətimizin tolerantlıq və mültikulturalizm ənənələrinin bir nümunə olduğunu vurğulamışdır. O, həmçinin qeyd etmişdir ki, bu ənənələri daha da gücləndirmək üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ardıcıl siyasət həyata keçirilir və dini icmaların inkişafı üçün onlara maddi və praktiki yardımlar edilir. Ölkəmizin beynəlxalq aləmdə nümunə modeli olduğunu söyləyən M.Qurbanlı anti-semitizmin olmadığı və İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olan Azərbaycan dinlərarası və sivilizasiyalararası dialoqun təşviq edən əsas dövlətlərdən biridir.M.Qurbanlı həmçinin cari noyabrda Azərbaycanın Dünya Dini liderlərinin ikinci zirvə görüşünü keçirəcəyini də vurğulamışdır.
Bəzi münaqişələrin sonradan dini dona salınmasının yolverilməz olduğunu söyləyən M.Qurbanlı belə addımların qınanması və onların qarşısının alınmasının vacibliyini qeyd emişdir. O, dinlərin bariş və sülhə töhfə verməli olduğunu, bu xüsusda xristian və müsəlman dini liderlərin Azərbaycan torpaqlarının işğalı ilə nəticələnən münaqişənin həllinə və bir milyonadək soydaşımızın öz doğma yurd-yuvalarına qayıtmasına yardım etməyə çağırmışdır.
Qeyd edək ki, Konfrans çərçivəsində Azərbaycan nümayəndə heyəti ABŞ rəsmiləri, ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının müvəkkilləri, Macarıstan xarici işlər və ticarət naziri, habelə Qazaxıstan, Özbəkistan rəsmiləri, müxtəlif dini liderlər və tanınmış ictimai xadimlərlə görüşlər keçirmişdir.