Sosial

Təklif edilir ki, şagirdlər üçün yarım ilin sonunda yalnız böyük summativ qiymətləndirmə keçirilsin - Təhsil Nazirliyi

13 Noyabr 2020 14:54

Təhsil Nazirliyi tərəfindən şagirdlərin biliyinin hansı formada qiymətləndirilməsi ilə bağlı müzakirələr aparılır.

Nazirlik xəbərdarlıq etdi - Hava şəraitinin qeyri-sabit keçəcək

13 Noyabr 2020 14:36

Milli Hidrometeorologiya Xidmətinin Olaylar.az-a verdiyi məlumata görə noyabrın 15-i axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Hindistan Səfirliyi tərəfindən "COVID-19 üçün Ayurveda" vebinarı təşkil olundu

13 Noyabr 2020 14:32

Noyabrın 13-də 5-ci Ayurveda Gününün qeyd olunması məqsədilə Hindistanın Bakıdakı Səfirliyi vebinar təşkil edib. Olaylar.az bildirir ki, 2016-cı ildən etibarən Hindistan Höküməti Danvantri Cayanti günündə Ayurveda Gününü qeyd edir və bu il bu tarix 13 noyabra təsadüf edir. Ayurveda Günü, Ayurvedanın güclü tərəflərinə və özünəməxsus müalicə prinsiplərinə diqqət yetirməyi, Ayurvedanın potensialından istifadə edərək xəstəliklərin və əlaqədar ölüm hallarının azaldılması istiqamətində çalışmağı, Milli Səhiyyə Siyasəti və Milli Sağlamlıq proqramlarına dəstək məqsədilə Ayurvedanın imkanlarından istifadə etməyi və Ayurveda şəfa prinsiplərini cəmiyyətdə tanıtmağı hədəfləyir.

Sabahın hava proqnozu açıqlanıb

13 Noyabr 2020 14:21

Noyabrın 14-də gözlənilən hava şəraiti açıqlanıb.

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verildi

13 Noyabr 2020 13:33

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə cari ilin 13 noyabr - 31 dekabr tarixlərini əhatə edən “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı beynəlxalq yaradıcılıq müsabiqəsinə start verilib. Olaylar.az bildirir ki, mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (9-11 yaş, 12-14 yaş, 15-17 yaş) və 4 nominasiya (esse, şeir, mahnı, nitq) üzrə keçirilməsi nəzərdə tutulub. Müsabiqəyə18-28 yaş arası gənclərin də qoşulması mümkündür. İştirakçılar 1 nominasiya üzrə iştirak edə, təqdim edilən işləri Azərbaycan, rus və ingilis dilllərində hazırlaya bilərlər. İşlər hazırlanarkən aşağıdakı şərtlər nəzərə alınmalıdır:

"Azərbaycan mənim vətənimdir" adlı VİDEOçarx hazırlanıb

13 Noyabr 2020 13:25

Gənclər və İdman Nazirliyi və "Virtual Qarabağ" layihəsi "Azərbaycan mənim vətənimdir" adlı videoçarx hazırlayıb.

Eyni vaxtda bu iki virusa da yoluxa bilərsiniz - İnfeksionist AÇIQLADI

13 Noyabr 2020 13:16

Qrip ola-ola koronavirusa da yoluxmaq mümkündür.

Diplomunu ala bilməyən əsgərlə bağlı universitetdən AÇIQLAMA - VİDEO

13 Noyabr 2020 13:02

Dünən sosial şəbəkələrdə cəbhə bölgəsindən videosu yayılan Bakı Avrasiya Universitetinin Regionşünaslıq və iqtisadiyyat fakültəsinin tələbəsi olmuş Daşdəmirov Xəzər Asif oğlu ilə bağlı universitet açıqlama yayıb.

Komendant saatının ləğv ediləcəyi tarixlə bağlı AÇIQLAMA

13 Noyabr 2020 12:43

Cəbhədə vəziyyətin kəskinləşməsi ilə əlaqədar mümkün təxribatların qarşısının alınması məqsədilə 28 sentyabrdan ölkədə komendant saatı tətbiq edilir. Lakin hazırda hərbi əməliyyatlar dayandırılıb və atəşkəs razılığı əldə edilib

Xalq artistinin oğlu şəhid olub

13 Noyabr 2020 12:37

Respublikanın Xalq artisti, prezident təqaüdçüsü, Akademik Milli Dram Teatrının aktyoru Əli Nurun oğlu şəhid olub.

Milli Məclisdə komissiya yaradıldı

13 Noyabr 2020 12:04

Milli Məclisdə Azərbaycan  Ali Baş Komandanına və xalqına müraciətin mətnini hazırlamaq üçün komkissiya yaradılıb

"Qarabağın məşhur müəllimləri" – Cabbar Qaryağdıoğlu

13 Noyabr 2020 11:50

Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Cabbar Qaryağdıoğludur. Olaylar.az bildirir ki, Cabbar Qaryağdıoğlu 1861-ci ildə Şuşada "Seyidli" məhəlləsində anadan olub. Azərbaycan milli musiqi mədəniyyəti tarixində Cabbar Qaryağdıoğlunun özünəməxsus yeri var. O, təkcə xanəndə olmayıb, həm də istedadlı bəstəkar və şair kimi tanınıb. Azərbaycan xanəndəlik sənətinin yeni bir mərhələsi onun adı ilə bağlıdır. Azərbaycan Dövlət Konservatoriyasının ilk təşkilatçılarından biri olub.

Ermənistanda koronavirusa yoluxanların sayı 114 mini ötdü

13 Noyabr 2020 11:35

Ermənistanda daha 1 703 nəfərdə koronavirus aşkarlanıb, 29 nəfər ölüb.

"Bakı Metropoliteni"ndə yeni təyinat olub

13 Noyabr 2020 11:02

"Bakı Metropoliteni" QSC-nin hüquq idarəsinə yeni rəis təyin edilib.