Gənclərin potensialının düzgün istiqamətləndirilməsi vacib şərtdir-Özəl

"Gənclərin Böyük Qayıdış prosesində yalnız müşahidəçi deyil, eyni zamanda təşəbbüskar və fəal iştirakçı kimi çıxış etməsi vacibdir. Böyük Qayıdış ideyası gənclər üçün yeni imkanlarla yanaşı, dövlətimiz və cəmiyyətimiz qarşısında mühüm məsuliyyət də yaradır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib: "İnanırıq ki, savadlı, təşəbbüskar, yüksək bilik və bacarıqlara malik, vətənpərvər gənclərin fəal iştirakı ilə işğaldan azad edilmiş ərazilərimizin sosial-iqtisadi inkişafı, yenidən qurulması və dirçəldilməsi istiqamətində mühüm uğurlar əldə olunacaq. Gənclərin potensialının düzgün istiqamətləndirilməsi və onların yaradılan yeni imkanlardan səmərəli faydalanması ölkəmizin gələcək inkişafına, dövlətçiliyimizin daha da möhkəmlənməsinə və davamlı tərəqqinin təmin olunmasına əhəmiyyətli töhfə verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31