Mediatorlar üçün onlayn təlim keçiləcək-Özəl
10:05 SosialMediatorlar üçün onlayn təlim keçiləcək. Mediasiya Şurasından "Olaylar"a bildirilib ki, beynəlxalq təcrübənin öyrənilməsi və mediatorların peşəkar bilik və bacarıqlarının artırılması məqsədilə Mediasiya Şurası tərəfindən "Qazaxıstan Respublikasında mediasiya - qanunvericilik və praktika" mövzusunda onlayn təlim təşkil ediləcək.
Ekspert:
Jakupov Jandilda Ajıqaliyeviç (Жандильда Жакупов) - beynəlxalq dərəcəli trener-mediator, "Beynəlxalq İnsan Hüquqları Mərkəzi" RİB-nin Prezidenti, "Qazaxıstan Mediatorlar Assosiasiyası" HMB-nin Baş Direktoru, Türk Dünyası Mediatorlar Assosiasiyasının Vitse-Prezidenti, NLP-master, profaylinq üzrə mütəxəssis.
Tarix: 9 oktyabr 2026-cı il
Saat: 14:00 (Bakı vaxtı ilə)
Təlim çərçivəsində Qazaxıstan Respublikasında mediasiyanın qanunvericilik bazası, tətbiqi xüsusiyyətləri və praktiki aspektləri, habelə beynəlxalq təcrübə barədə məlumat veriləcək.