Cəlilabadda "Tomris ödüllü xanımlar" kitabının təqdimatı...

Bu gün (11.09.2026) Cəlilabad şəhərində "Həməşəra" mətbu orqanı və Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə yazıçı-publisist İlqar İsmayılzadənin yenicə işıq üzü görmüş "Tomris ödüllü xanımlar" kitabının xüsusi təqdimat mərasimi keçirildi.
Cəlilabad rayonunun bir qrup tanınmış ziyalıları, Cəlilabad ədəbi mühitinin tanınmış və dəyərli nümayəndələri, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvləri, şəhid ailələri, ədiblər, yazıçı-şairlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə səmimi aurada keçirilən tədbir vətən və dövlətçilik uğurunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin anılması məqsədilə bir dəqiqəlik sükutla başladı.
Tədbiri öz nitqi ilə açan fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, araşdırmaçı, tərcüməçi, teoloq, yazıçı-publisist İlqar İsmayılzadə öz çıxışında ilk öncə Türk dünyasının ilk xanım sərkərdəsi və kraliçası Tomris xatınla bağlı tarixi məlumatlar verərək, bu il Cəlilabad ədəbi mühitindən olan altı xanım yazarın (Şəhla xanım Rəvan, Atlaz xanım Rzayi, Hicran xanım Əhmədli, Sevinc xanım Şirvanlı, Pərvanə xanım İsgəndərqızı və Aydan xanım Nizamiqızının) Turan Yazarlar Birliyinin başqanı, Turan Xalq şairi Ustad Niftalı Göyçəli tərəfindən "Tomris" ödülü ilə təltif edilməsi barədə məlumat verdi.
O, söhbətinin davamında bu fəxri ödülə layiq görülmüş xanım yazarlların Cəlilabad ədəbi mühiti ilə yanaşı ölkə miqyasında ədəbiyyata və ədəbiyyatla yanaşı həm də milli kimlik mövzusuna öz qələmləri ilə göstərdikləri dəyərli xidmətləri dəyərləndirdi, onların haqqında ərsəyə gəlmiş kitabın hədəf və məqsədlərini açıqladı.
İlqar İsmayılzadə söhbətində ədəbiyyat sahəsinin müqəddəs olduğu, onun ayrı-ayrı əyləncələr, dedi-qodular və dünyəvi mənfəətlərlə birgə tutulmamasına təkid edərək ədəbiyyat sahəsində milli kimlik məsələsinə xüsusi diqqət ayrılmasının bir milli-mənəvi zərurət olduğuna təkid göstərdi...
Ardınca tədbir iştirakçıları ayrı-ayrılıqda çıxış edərək Cəlilabad ədəbi mühitinin alrtı xanım nümayəndəsi barədə ərsəyə gəlmiş "Tomris ödüllü xanımlar" kitabı barədə öz ürək sözlərini deyib, Cəlilabad ədəbi mühitindən olan altı xanım yazarın "Tomris" ödülü ilə ödüllənməsinin tam doğru bir təsbit olduğunu bildirdilər və bu münasibətlə həm TYB-nin başqanı Ustad Niftalı Göyçəlini, həm də kitab müəllifi və kitabda adları keçmiş xanım yazarları təbrik etdilər. Məlumat üçün qeyd etmək lazımdır ki, tədbirdə iştirak edən şəxslər aşağıdakılardan ibarət idi:
1. Hacı Paşa Rüstəmov (Əmək veteranı və Əmək zərbəçisi, "Həməşəra" Fəxri Diplomu, "Dədə Qorqud" və "Turan Ödülü" laureatı, təqaüdçü pedaqoq);
2. Ustad Zülfi Vellifağ (Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Cəlilabad Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Turan Yazarlar Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, DGYTB Məsləhət Şurasının üzvü, Turan Xalq şairi, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, TYB-nin xüsusi ödülü, "Turan Ödülü" və "Əsrin yazarı" medalı laureatı, veteran pedaqoq, ədəbiyyatşünas, şair);
3. Ustad Əfrahim Abbas (Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, AYB, AJB və TYB-nin üzvü, Prezident mükafatçısı, Ümumrespublika ədəbi müsabiqəsinin qalibi, "Qızıl Qələm" Media Mükafatı, TYB-nin xısusi ödülü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, "Turan Ödülü" və "Əsrin yazarı" medalı laureatı, Turan Xalq şairi, veteran pedaqoq, ədəbiyyatşünas, yazıçı-publisist, esseist, şair);
4. Sakit Üçtəpəli (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu, "Turan Ödülü" və TYB-nin xüsusi ödülü laureatı, şəhid qardaşı, yazıçı-şair);
5. Elnur Qoca Türk (Muğan Tarixçilər Birliyi və Turan Yazarlar Birliyinin üzvü, "Həməşəra" Fəxri Diplomu, "Turan Ödülü" və TYB-nin xüsusi ödülü laureatı, veteran pedaqoq, tədqiqatçı, riyaziyyatçı, şair);
6. Əziz Orucov (Cəlilabad rayonu şəhid Aslan Dadaşov adına İncilli kənd ümumi orta məktəbinin dil-ədəbiyyat müəllimi, "Nur Ocağı" Ədəbi Məclisinin üzvü, ədəbiyyatşünas, filoloq);
7. Adıgözəl Nuriyev (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və "Turan Ödülü" laureatı, veteran pedaqoq, tarixçi, bədii qiraətçi, yazar);
8. Dadaş Bayramov ("Həməşəra" Fəxri Diplomu və "Turan Ödülü" laureatı, tənqidçi, veteran pedaqoq);
9. Qurban Əhməd (Azad Yazarlar Birliyi, TYB və AJB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu və "Turan Ödülü" laureatı, yazıçı-publisist, şair);
10. Qənimət İsrafilova (Cəlilabad Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru, "Həməşəra" Fəxri Diplomu laureatı, kitabxanaşünas-bibloqraf);
11. Sevinc Şirvanlı (TYB-nin üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, "Ziyadar" Mükafatı, "TYB-nin xüsusi ödülü", "Turan Ödülü" və "Tomris" ödülü laureatı, şair);
12. Pərvanə İsgəndərqızı (TYB-nin üzvü, "Həməşəra" Fəxri Diplomu, "Ziyadar" Mükafatı, "Turan Ödülü" və "Tomris" ödülü laureatı, yazıçı-şair);
13. Atlaz Rzayi (TYB-nin üzvü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, "Ziyadar" Mükafatı, "TYB-nin xüsusi ödülü", "Turan Ödülü" və "Tomris" ödülü laureatı, bədii qiraətçi, yazıçı-şair);
14. Ayda Hümbətəliyeva (iş adamı, sahibkar);
15. Aydan Mənsimli (Cəlilabad ədəbi mühitinin 8 yaşlı ən kiçik nümayəndəsi)...
Tədbirdə iştirak edənlərə yenicə nəşr edilmiş "Tomris ödüllü xanımlar" kitabından hədiyyə olundu və tədbir xatirə şəkillərinin çəkilişi ilə yekunlaşdı...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31