Ramil Vəlibəyov vəzifəsindən azad olundu

Yeni Azərbaycan Partiyasının (YAP) Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov tutduğu vəzifədən azad edilib.

Nocomment.az   xəbər verir ki, Ramil Vəlibəyov uzun müddətdir YAP Nizami rayon təşkilatına rəhbərlik edirdi.

Onun hansı səbəbdən vəzifəsindən kənarlaşdırıldığı hələlik rəsmi olaraq açıqlanmayıb.

Sayt yazır ki, üç gün öncə YAP Nizami rayon təşkilatında Dövlət Suverenliyi Günü münasibətilə tədbir keçirilib. Həmin tədbirdə Ramil Vəlibəyovu onun müavini əvəz edib:

"Məsələ ilə bağlı YAP-ın mətbuat xidməti ilə dəfələrlə əlaqə saxlasaq da, nə zənglərimizə, nə də göndərilən sorğuya cavab verilib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31