Hakimlər üçün təlim keçirilib- ÖZƏL
10:12 SosialƏdliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Məhkəmə-Hüquq Şurasının müraciəti əsasında hakimlər üçün "Cinayət işləri üzrə məhkəmə baxışının xüsusiyyətləri" mövzusunda təlim keçirilib.Nazirlikdən "Olaylar"a bildirilib ki, təlimdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, Hakimlərin Seçki Komitəsinin sədri Vidadi Cəfərovun, Ali Məhkəmənin digər hakimləri Teyyub Muxtarov və İlqar Cəfərovun müvafiq mövzular üzrə təqdimatları dinlənilib.
Təqdimatlarda cinayət işləri üzrə məhkəmə baxışının xüsusiyyətləri, məhkəmə icraatının ayrı-ayrı mərhələlərində diqqət yetirilməli məsələlər, qanunvericiliyin tətbiqi və məhkəmə təcrübəsi ilə bağlı aktual məsələlər nəzərdən keçirilib, həmçinin iştirakçıların sualları cavablandırılıb və praktiki nümunələr ətrafında fikir mübadiləsi aparılıb.
Təlimdə 41 hakim iştirak edib.