Türkün qanı, qurdun ruhu! Yaşasın Azərbaycan, yaşasın Türk milləti! – Cavid İSMAYIL yazır
10:10 SosialCavid İSMAYIL
İraqın Süleymaniyyə şəhərində keçirilən yarış zamanı Təbrizli gənc Azərbaycan türkü Elin Zamaniyə ingilis dilində yarışın necə keçdiyi soruşulur. O isə cavabını Azərbaycan türkcəsində verir -
"Türkün qanı, qurdun ruhu! Yaşasın Azərbaycan, yaşasın Türk milləti!"
Bəzən bir neçə cümlə bütöv bir xalqın yaddaşını, kimliyini və ruhunu ifadə etməyə kifayət edir.
Təbriz - qədim Türk yurdu, Güney Azərbaycanın tarixi və mənəvi mərkəzlərindən biri, dünyanın müxtəlif yerlərində yaşayan Azərbaycan türklərinin mənəvi paytaxtıdır. Azərbaycan bu gün siyasi sərhədlərlə iki yerə bölünsə də, dil, tarix, yaddaş və milli ruh baxımından bölünməyib.
Güney Azərbaycanda Azərbaycan türklərinin ana dilinə, milli kimliyinə və mədəni ifadəsinə qarşı uzun illərdir davam edən məhdudiyyətlər və təzyiqlər bu həqiqəti dəyişdirə bilməyib. Əksinə, bütün bu basqıların içindən yeni nəsillərin səsi yüksəlməkdədir.
Elin Zamaninin Süleymaniyyədə səsləndirdiyi sözlər də məhz həmin ölməz ruhun ifadəsidir. O, sadəcə bir idmançı kimi yarış haqqında danışmadı. Təbrizdən dünyaya bir kimlik mesajı göndərdi.
Türkün qanı, qurdun ruhu!
Bu sözlər bir yarış meydanında səslənsə də, arxasında böyük bir tarixi yaddaş dayanır. Təbrizdən başlayan həmin səs Arazın o tayında qalmır. O səs Azərbaycanın bütöv yaddaşından keçərək Türk dünyasına çatır.
Yaşasın Azərbaycan! Yaşasın Türk milləti!