Azərbaycanda hava ilə bağlı son məlumat
10:59 SosialAvqustun 31-i saat 10:00-a olan məlumata görə, Azərbaycanın bəzi ərazilərində qeyri-sabit hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, ayrı-ayrı rayonlarda yağışlar leysan xarakteri daşıyır.
Ən çox yağıntı Qusarda qeydə alınıb - burada 8 mm yağıntı düşüb. Balakən və Qobustarda 5 mm, Şahbuzda 4 mm, Beyləqan, İmişli, Kürdəmir, Oğuz, Qəbələ, Lənkəran, Lerik və Şamaxıda isə 3 mm yağıntı müşahidə olunub.
İsmayıllı, Altıağac, Zərdab, Şuşa, Bakı və Abşeron yarımadasında 2 mm yağıntı qeydə alınıb.
Digər qeyd olunan rayonlarda isə yağıntının miqdarı 1 mm-dək olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31