Xəyanət şərəf və vicdanın itirilməsidir- ÖZƏL

Bəzən  insanın  xoş sözlərdən məyus qalmaq anı da olur. Sanki aışdığı, lakin qəlbinin görmək istəmədiyi belə şəxslərdən uzaq durmağa məcbur edilir. Həyatda xəyanətdən ağır cinayət yoxdur. Çünki xəyanət şərəf və vicdanın itirilməsi ilə kök salır. Şərəf fərdin görünməyən sərvətidirsə, xəyanət bu sərvətin satılmasıdır". "Olaylar" xəbər verir ki. bunu "Polisə Dəstək" ictimai Birliyinin sədri Şəmsəddin Əliyev deyib: "Onun toxumu uzun zaman şəxsin anatomik bətnində bəslənir və vaxtı çatanda bayıra atılır. Vəhşi heyvanlar  yaşamaq üçün ovunu parçalamaq vərdişindən kənara çəkilə bilmədiyi kimi, xəyanətkarlar da heç vaxt bəd əməllərindən geri çəkilmirlər.

Onlar dəyişməz və islah olunmazdırlar. Xəyanət belə insanların çörək ağacı və kredosudur. Əgər, sədaqət insanın xarakterik cəhətidirsə, xəyanət onun özəl seçimidir. Zaman və tarix səhvləri bağışlaya bilir, xəyanəti isə heç vaxt  unuda bilmədiyindən mərhəmətdən uzaq durur, əfv etmir. Həyatda xəyanət zəncirinin həlqələri çoxdur, lap çox. Belə insanların nə vaxt və necə cəzalandırılacağını görmək üçün adam Allahdan yaşamağa möhlət istəyir.

Qarabağ müharibəsi zamanı xəyanətkarlardan ibarət dəstələr və onlara tapşırıq verənlər barədə çox eşitdik... Xəyanəti bağışlamağın heç vaxt tərəfdarı olmamışam. İnsanın insana xəyanəti də, dövlətə, vətənə və etibar edilən vəzifəyə xəyanəti qədər xüsusilə təhlükəlidir. Xəyanət edənləri bağışlasaq deməli,belələri ilə bir cərgədə dururuq. 
Xəyanət baş veribsə, heç vaxt dayanmayacaq. O davam edən bir hadisə, ailəyə, kollektivə, cəmiyyətə təqdim olunan ağ lövhədə qara bir ləkə və düşüncələrdə gizli şəkildə bitən Zəqqum ağacının (Cəhənnəmdə bitən zəhərli və irinli  bir ağac)toxumu kimi fürsət gözləyir. Əvvəllər əsil insan olmaq dəbdə idi. İnsana hörmətdən çox danışılardı. İndi "süni intelektə sahib kuklalara" üstünlük verilir. Görünür onlar xəyanətdən uzaq duranlardır.

Xoş halımıza. Süni mayalanmadan yarananlar, süni intellektli varlıqlar çoxaldıqca xəyanət edənlərin sayı azalacaq.(?) Vətənlərindən məcburi qaçanların sayı artır. Güclü dövlətlərin inkişaf etməkdə olan və ya dirçəlmək istəyən,köməksiz xalqlara qarşı total həyasızlıqları və xəyanətləri səngimir... Xəyanətlər məncə qorxaqlıqdan, həsəddən, bəlkə də, qısqanclıqdan yaranır və indi hər yerdədir, şiroko şaqayet-iri addımlarla irəlilyir.
Azərbaycan Ordusu dağlar və meşələrlə əhatə olunmuş çətin relyefli ərazilərimizi fəth etdi,arxalı köpək tək öyünən düşməni məğlub edib zəfər çaldı.Xəyanətkar dövləti diz çökdürdü-parter vəziyyətində durmağa vadar etdi. Azərbaycanı xilas etmək üçün ümidimiz Allaha,Ali Baş Komandanın uzaqgörənliyində, qardaş ölkələrin mənəvi dəstəyində , ordumuzun ali cəsarətində və Vətənə sədaqətində,bir də,fədakarlığında idi.Yanılmadıq!
Bir xalqın və millətin digər xalqı və milləti,dövlətin digər dövləti güc tətbiq etməklə hədələməsi ən böyük xəyanətdir.Belə xəyanətlərin kiber şifrələri varmış...
Rusiyanın utopik filosofu, inqilabi demokrat, alim və yazıçısı Nikolay Çernışevskiy zamanında yazırdı: "Xəyanət etmək üçün həddən artıq alçaqlıq lazımdır. Xəyanətin gələcəkdə istifadə ediləcək sirləri var."
Həyatın mənasını bilən,ölümdən qorxmur .Bunu  ölüm Mələyinin həyata xəyanəti kimi qəbul edənlər də var. Amma, Allahın əmrindən kim imtina edə bilər, kim?
Qısqanclıq həmişə qarşılıqlı münasibətlərdə böyük bir problemə çevrilib Xəyanətə şərait yaradır. Bəlkə burada biznes maraqları var?! Yalnız bir şey insanı xəyanətdən geri çəkə bilər,-Vicdan və şərəf!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31