Pensiyaların artırılması gələn ilin yanvarında reallaşacaq-Deputat- ÖZƏL
10:27 Sosial"Rəsmi statistikaya əsasən, əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 2026-cı ilin ilk yarısında Azərbaycanda pensiyaların orta məbləği 10.5 faiz artaraq 594 manata çatıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqar Bayramov deyib: "Bu məbləğ orta aylıq əmək haqqının 51 faizi deməkdir. Həmin dövrdə pensiyanın orta məbləği yaşa görə 10.2, əlilliyə görə 10.5, ailə başçısını itirməyə görə isə 10.3 faiz artıb.
Pensiyaların orta məbləğindəki artım daha çox bu ilin yanvarından bütün növ əmək pensiyaların indeksləşdirilməsi ilə bağlıdır. Belə ki, 2026-cı ilin əvvəlindən Azərbaycanda pensiyalar 9,3 faiz indeksləşdirilərək artırılıb. Bu isə orta pensiya məbləğinə təsir göstərib.
"Əmək pensiyaları" haqqında Qanuna əsasən, bütün növ əmək pensiyalarını növbəti dəfə indeksləşdirilərək artırılması gələn yanvarında reallaşcaq. Bu zaman 2026-cı ildəki orta aylıq əmək haqqındakı rəsmi artım faizinə uyğun olaraq pensiyalar da artırılacaq. Pensiya artımları bir milyon yüz min vətəndaşımızı əhatə edir".