Tərcüməçi Ziya Muradovun ölümü ilə bağlı araşdırma aparılır - Baş Prokurorluq
13:44 SosialTərcüməçi Ziya Muradovun ölümü ilə bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.Bildirilib ki, hadisənin bütün hallarının, o cümlədən Ziya Muradovun ölümünün səbəbinin və başvermə şəraitinin müəyyən edilməsi istiqamətində zəruri prosessual hərəkətlər həyata keçirilir.
Əlavə olunub ki, toplanmış materialların nəticələrinə əsasən hadisəyə qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət veriləcəkdir.
Qeyd edək ki, Ziya Muradov "Qanun" nəşriyyatının tərcüməçisi olub. Nəşriyyatın rəhbəri Şahbaz Xuduoğlu "Facebook" hesabında bu barədə paylaşım edib. O qeyd edib ki, Ziya Muradov avqustun 1-də Qubada 17 nəfərin iştirak etdiyi səfər zamanı dünyasını dəyişib. Hadisənin təfərrüatları barədə məlumat verilməyib. Şahbaz Xuduoğlunun sözlərinə görə, mərhumn ailəsi onun bədənində zədə izi gördüyünü bildirir.