Şükürbəyli və Horovluda daha 18 ailəyə evlərinin açarları təqdim olunub

Bu gün növbəti köç karvanı ilə Cəbrayılın Şükürbəyli və Horovlu kəndlərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.

Açarların təqdim olunması mərasimində Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, bu mərhələdə Şükürbəyli kəndinə 15 ailə (86 nəfər), Horovlu kəndinə isə 3 ailə (12 nəfər) köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31