Ali məktəblərə qəbul olunanların qeydiyyatı başlayır

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır.

Dövlət İmtahan Mərkəzindən (DİM)  verilən məlumata görə, qeydiyyat sentyabrın 8-i saat 18:00-dək davam edəcək.

Qeyd edək ki, qəbul olunanların ali təhsil müəssisələri üzrə qeydiyyatı yalnız my.gov.az portalı üzərindən həyata keçirilir.

Eyni zamanda, ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinə ixtisas seçimi bu gündən başlayır və sentyabrın 2-dək internet vasitəsilə aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31