Yaranan şanslardan istifadə üçün zaman sonsuz deyil- ÖZƏL
10:36 Sosial"Xəzər dənizinin iqtisadi əlaqələrdə oynadığı rol olduqca əhəmiyyətlidir. Orta Dəhliz Azərbaycanın Türk dövlətləri ilə əlaqələri baxımından ölkəmiz üçün yaranmış şans kimi dəyərləndirirəm". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı eksöert Elman Sadıqov deyib: "Söz xatirinə deyil, həqiqi mənada ölkəmiz qarşısında bir sıra potensial imkanlar yaranıb. Biz bu şansların rasional bir şəkildə, eyforiyaya qapılmadan, lakin bütün nüansları nəzərə alaraq ciddi təhlilərini aparmalıyıq. Bu səbəbdən yaranan bir sıra şanslara, Cənab Prezidentin ölkəmizin beynəlxalq layihələrin tərkib hissəsinə çevrilməsi istiqamətində söylədiyi fikirlər və müəyyən olunan strateji istiqamətlərə öz çıxışlarımda toxunuram.
Lakin, nəzərə alırıq ki, hər hansı bir ölkənin qarşısında yaranan şanslardan istifadə etməsi üçün zamanı sonsuz deyil. Bu şans müəyyən zaman kəsiyində yaranır. Bu gün ölkəmiz qarşısında yaranmış şanslardan maksimum istifadə etmək məcburiyyətindəyik. Bu halda öz mövqeyimizi daha da gücləndirə biləcəyik. Əksini düşünmək isə bu gün tez, sabah gec ola bilər.
Nəzərə alırıq ki, bu gün dostlarımız qədər ölkəmizi istəməyən qüvvələr də var. Onlar ölkəmizin iqtisadi cəhətdən zəifləməsini səbrsizliklə gözləyirlər. Bunu görmək üçün həmin ölkələrin ritorikalarına diqqət yetirmək kifayətdir".