Ali məktəblərə qəbul olanların siyahısı və keçid balları açıqlanıb
15:53 Sosial2026/2027-ci tədris ili üzrə ali məktəblərə qəbulun nəticələri ilə bağlı məlumatlar açıqlanıb.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, "Abituriyent" jurnalının 6-cı nömrəsi təqdim edilib:
"Jurnallarda 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı qruplar üzrə (I, II, III qruplar hər biri ayrıca jurnalda, IV və V qruplar isə bir jurnalda) dərc edilib. Bu nömrədə eyni zamanda həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları, həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı və s. məlumatlar təqdim edilib.
Jurnalların elektron versiyasını (PDF formatda) www.abiturient.az saytından əldə etmək olar".