Polad Bülbüloğlu evlilik iddiasına aydınlıq gətirdi - (Foto)

Xalq artisti və Milli Məclisin deputatı Polad Bülbüloğlu haqqında yayılan yeni evlilik xəbərlərinə münasibət bildirib.

Sənətçi "Novoye Vremya" qəzetinə açıqlamasında üçüncü dəfə ailə qurması ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib.

Polad Bülbüloğlu hazırda Türkiyədə istirahətdə olduğunu bildirib. O, Gülnarə Şıxəliyevadan boşanmadığını və yeni evlilik baş tutmadığını vurğulayıb.

Qeyd edək ki, bir müddət əvvəl 81 yaşlı sənətçinin 48 yaşlı Əməkdar artist və tanınmış rəqqasə Eteri Cəfərova ilə evləndiyi barədə məlumat yayılmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31