624 bal toplayan abituriyent niyə qəbuldan kənar qalıb?- ÖZƏL
10:36 Sosial"Artıq ali təhsil müəssisələrinə qəbulun nəticələri açıqlanıb və hər kəs öz nəticəsini, sevincini paylaşır". "Olaylar" xəbər verir ki, bunu təhsil məsələləri üzrə ekspert Məzahir Məmmədli deyib: "Son iki ilin nəticələrində maraqlı bir məqam var. Ötən il III qrup üzrə 650 bal toplayan bir abituriyentin qəbuldan kənarda qalması ilə bağlı nümunəni gördük. Bu il də oxşar hal yaşanıb: 624 bal toplayan abituriyent qəbul ola bilməyib, ümumi nəticəsi 152 bal olan abituriyent isə qəbul olunub.
Təbii ki, burada ixtisas seçimi, plan yerləri, müsabiqə şərtləri və digər amillər rol oynayır. Amma bütün bunlara baxmayaraq, yüksək nəticə göstərən bir abituriyentin qəbuldan kənarda qalması, daha aşağı nəticə göstərənin isə qəbul olması cəmiyyətdə haqlı olaraq suallar yaradır.
Qəbul olanlara uğurlar, qəbul ola bilməyənlərə isə səbir və yeni imkanlar arzulayıram".