YAP Qaradağ rayon təşkilatının fəalları Ağdamda olublar- ÖZƏL

YAP Qaradağ rayon təşkilatının fəalları Qarabağa səfər çərçivəsində Ağdam rayonunda olublar.Olaylar xəbər verir ki,
"Şəhərsalma və Memarlıq İli" çərçivəsində təşkil olunan səfər zamanı iştirakçılar Ağdamda aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri ilə tanış olublar. Səfər çərçivəsində Ağdam Cümə məscidinə və Ağdam Dövlət Dram Teatrının qalıqlarına baxış keçirilib. Məscidin axundu Mehman Nəsirov və teatrın sabiq direktoru, Əməkdar Mədəniyyət   İşçisi Məhəmməd Hüseynov, Ağdam İmarət Tarix Memarlıq Muzey komleksinin şöbə müdiri Aynurə Cəfərova qonaqlara ətraflı məlumat veriblər. Səfər iştirakçılarına şəhərin tarixi-mədəni irsi və işğaldan sonra həyata keçirilən bərpa işləri barədə məlumat verilib.

Həmçinin proqram çərçivəsində ANAMA əməkdaşının təqdimatında minalardan qorunma və təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı maarifləndirici təqdimat keçirilib. ANAMA-nın əməliyyat rəhbəri Rasim İbrahimov Ağdam ərazisində görülmüş işlər barədə ətraflı məlumat verib.

Ağdam Şəhidlər Xiyabanını ziyarət edən iştirakçılar onların məzarları üzərinə gül dəstələri düzərək əziz xatirələrinə ehtiramlarını bildiriblər.

Səfər iştirakçılarının növbəti dayanacağı Xocalı şəhəri olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31