Deputat qazinin yas mərasiminə qatılıb-Özəl

Milli Məclisin deputatı Azər Badamov və Qusar rayon İcra Hakimiyyətinin rəhbərliyi qazinin yas mərasimində iştirak ediblər. Olaylar xəbər verir ki, bu barədə millət vəkili Azər Badamov məlumat verib:

"Qusar Rayon İcra Hakimiyyətinin başçısı, idarə və müəssisələrin rəhbərləri ilə birlikdə Cibir kəndində Birinci Qarabağ müharibəsi qazisi Eldar Xidirovun vəfatı ilə əlaqədar keçirilən yas mərasimində iştirak etdik.
Eldar Xidirov Vətənimizin müdafiəsi uğrunda gedən döyüşlərdə iştirak etmiş, torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparmış qazilərimizdən biri idi. Onun vəfatı doğmaları ilə yanaşı, onu tanıyan hər kəs üçün ağır itkidir.
Yas mərasimində mərhumun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verdik, onların kədərinə şərik olduq. Belə ağır günlərdə şəhid və qazi ailələrinin, eləcə də Vətən qarşısında xidmətləri olan insanların ailələrinin yanında olmaq bizim mənəvi borcumuzdur.
Allah rəhmət eləsin, məkanı cənnət olsun. Ailəsinə və yaxınlarına səbir diləyirik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31