Zəfər yolu ilə Qarabağa getmək qürurvericidir- ÖZƏL

"Şəhərsalma və Memarlıq İli" çərçivəsində YAP Qaradağ rayon təşkilatının əməkdaşları və fəalları 20-21 avqust tarixlərində işğaldan azad edilmiş ərazilərə səfərə çıxıblar. YAP Qaradağ rayon təşkilatından "Olaylar"a bildirilib ki, səfərə çıxanların işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri ilə yerində tanış olmaq, eləcə də Yay məktəbində iştirak etmək imknları olacaq. 

İki gün davam edəcək səfər zamanı iştirakçılar Ağdam, Xocalı, Xankəndi, Şuşa, Laçın, Qubadlı və Zəngilan rayonlarında Zəfər tariximizin izləri ilə addımlayacaq, Böyük Qayıdışın yaratdığı yeni reallıqları yerində müşahidə edəcəklər. Qarabağ Azərbaycandır!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31