Daha bir müğənni Afətlə qırğına çıxdı: “Bizi cəmiyyətə əxlaqsız kimi göstərir” - VİDEO

 

 

Müğənni Dəniz Əsədova həmkarı Afət Fərmanqızına qarşı sərt ittihamlar səsləndirib.

Milli.Az xəbər verir ki, sənətçi BTV-yə açıqlamasında Afət Fərmanqızının Rusiyada yaşamasından bəzi məsələlərdə sui-istifadə etdiyini iddia edib. Dəniz həmkarının Azərbaycan cəmiyyətində müğənnilərlə bağlı səsləndirdiyi fikirlərə etiraz edib.

O bildirib ki, Afət Fərmanqızı sənətçiləri cəmiyyətə yanlış formada təqdim edir və onları əxlaqsızlıqda ittiham edən fikirlər səsləndirir.

"Afət Fərmanqızı adlı qadın Rusiya dövlətinə köçərək orada yaşamasından sui-istifadə edir. O, bizi cəmiyyətə əxlaqsız kimi təqdim edərək bildirir ki, biz dünyaya qeyri-rəsmi övlad gətirmişik", - deyə Əsədova bildirib.

Müğənninin bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31