55 nəfər məhkuma pulsuz hüquqi yardım göstəriblər- ÖZƏL
11:46 SosialƏdliyyə Nazirliyinin Penitensiar xidməti ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq azadlıqdan məhrum edilmiş və həbs edilmiş şəxslərin qəbulu və maarifləndirmə işləri davam etdirilir. Nazirlikdən "Olaylar"a bildirilib ki, Bakı şəhəri 13 saylı Vəkil Bürosu və Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkillər tərəfindən 7 və 16 saylı cəzaçəkmə müəssisələrində məhkumlara pulsuz hüquqi yardım göstərilib.
Ümumilikdə 55 nəfər məhkumun müraciəti dinlənilib, müxtəlif məsələlər ətrafında onlara hüquqi yardım edilib və müvafiq izahat verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31