Azərbaycanın bu şəhərində maaş Bakıdan yüksəkdir
11:45 Sosial2026-cı ilin iyulun 1-nə olan məlumata əsasən, Azərbaycanda ortaaylıq əməkhaqqı 1174 manatdır və bu göstərici regionlar üzrə kəskin fərqlənir.
Sfera.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, ölkəmizdə şəhər və rayonlar üzrə ən yüksək orta maaş məbləği Bakıda deyil.
Bakıda ortaaylıq maaş 1487 manatdır. Paytaxtdan daha yüksək əməkhaqqı səviyyəsi isə Xankəndi şəhərindədir.
DSK-nın məlumatına əsasən, Xankəndidə ortaaylıq maaş 1644 manat olub.
Ümumilikdə, ölkəmizin şəhər və rayonları üzrə orta əməkhaqqı səviyyəsi əsasən 1000 manatdan aşağıdır. Min manatdan yüksək olan orta əməkhaqqı Daşkəsəndə (1249 manat), Şuşada (1144 manat), Xocalıda (1098 manat), Zəngilanda (1047 manat) və Gədəbəydə (1028 manat) qeydə alınıb. Digər yaşayış məntəqələrində orta maaş 1000 manatdan aşağıdır.
Əksər yerlərdə orta maaşın 1000 manatdan aşağı olmasına baxmayaraq respublika üzrə orta göstəricinin 1000 manatı keçməsi Bakı ilə bağlıdır.
Məsələ burasındadır ki, Azərbaycanda muzdla çalışan işçilərin (1 milyon 787 min nəfər) yarıdan çoxu (1 milyon nəfər) Bakıda işləyir. İşçilərin çoxunun Bakıda işləməsi və onların orta məvacibinin 1500 manata yaxın olması ölkəmizdə orta əməkhaqqı səviyyəsinin 1174 manat olmasına səbəb olub.