Müəllimlərin maaşı ilə bağlı etirazlar yayılan kollec direktoru vəzifəsindən azad edildi

Gəncə Dövlət Universitetinin nəzdində Gəncə Dövlət Regional Kollecinin direktoru işdən çıxarılıb. APA  xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.Əmrə əsasən, Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecin direktoru Xoşqədəm Vidadi qızı Xudiyeva vəzifəsindən azad edilib.Kollecin direktoru vəzifəsinin icrası Nigar Səfxanovaya həvalə edilib. Nigar Səfxanova bu ilin yanvarında Tovuz Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsinə təyin edilmişdi.Qeyd edək ki, bir müddət əvvəl Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin müəllimləri əmək müqavilələrinin şərtlərinin dəyişdirilməsinə görə etiraz etmişdilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31