Yevlax Regional Xəstəxanasının baş həkimi vəzifəsindən azad edildi
10:18 Sosial"Ağciyər Xəstəlikləri Mərkəzi" PHŞ-nin tabeliyində fəaliyyət göstərən Yevlax Regional Xəstəxanasının idarəetmə aparatının rəhbəri - baş həkim Mirrəhim Nəbiyev vəzifəsindən azad edilib.
Trend-in məlumatına görə, müvafiq əmrlə Mirrəhim Nəbiyevin xəstəxananın rəhbəri vəzifəsində fəaliyyətinə xitam verilib.
Hazırda Yevlax Regional Xəstəxanasına kimin rəhbərlik edəcəyi barədə məlumat açıqlanmayıb.
Qeyd edək ki, Mirrəhim Nəbiyevin vəzifədən azad olunmasının səbəbi ilə bağlı rəsmi məlumat verilməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31