Şuşanın Kiçik Qaladərəsi kəndinə 11 ailə köçürülüb- ÖZƏL

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Respublikanın müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış Şuşa sakinlərindən 11 ailə - 39 nəfər 17.08.2026-cı il tarixində rayonun Kiçik Qaladərəsi kəndinə köçürülüb.

Şuşa Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, doğma yurduna qovuşan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31