Azərbaycan Riqanın 825 illiyinin qeyd olunması çərçivəsində milli mədəniyyətini təqdim edib (FOTO/VİDEO)

Azərbaycan Latviyanın paytaxtı Riqanın 825 illiyinin qeyd olunması çərçivəsində milli mədəniyyətini və ənənələrini təqdim edib. Latviyada fəaliyyət göstərən "Buta" Azərbaycan rəqs kollektivi bayram tədbirində konsert proqramı ilə çıxış edib.

Bu barədə Azərbaycanın Latviyadakı Səfirliyi rəsmi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Səfirlik qeyd edib ki, çıxış Latviyanın paytaxtının ildönümünə həsr olunmuş bayram tədbirləri çərçivəsində baş tutub.

"Bu xüsusi münasibətlə Azərbaycan mədəniyyətini və ənənələrini layiqincə təqdim etdiklərinə görə "Buta" rəqs kollektivinin iştirakçılarına təşəkkür edirik", - deyə məlumatda bildirilib.

Səfirlik həmçinin Riqa Şəhər Şurasına əməkdaşlığa və bayram tədbirlərinin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü ifadə edib.

"Dəyərli əməkdaşlığa və bayram tədbirinin mükəmməl təşkilinə görə Riqa Şəhər Şurasına səmimi minnətdarlığımızı bildiririk", - deyə səfirlik qeyd edib.

Azərbaycan Riqanın 825 illiyinin qeyd olunması çərçivəsində milli mədəniyyətini təqdim edib (FOTO/VİDEO)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31