TƏBİB sədri baş həkimi işdən çıxardı - Yeni təyinat
14:11 SosialBakıda tibb müəssisəsinin baş həkimi vəzifəsindən azad olunub.
Ölkə.az xəbər verir ki, bu barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" (TƏBİB) icraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Zığ Sağlamlıq Mərkəzinin baş həkimi Naibə Əzizova işdən çıxarılıb.
Digər əmrlə, Şəlalə Səfərova mərkəzin baş həkimi təyin olunub. O, bundan əvvəl Xətai rayonundakı 7 saylı Şəhər Poliklinikasının baş həkimi vəzifəsində çalışıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31