Deputat şəhid ailələrinin Qarabağa səfərini təşkil edib- ÖZƏL

Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Xaçmaz rayonundan olan 62 nəfərdən ibarət  şəhid ailələri nümayəndələri, qazilər, ağsaqqallar və rayon ziyalıları iki günlük  Ağdam- Xankəndi-Şuşa-Laçın  səfərində iştirak ediblər. "Olaylar" xəbər verir ki, Tur çərçivəsində iştirakçılar Ağdam Muğam Mərkəzini, Ağdam Şəhidlər xiyabanını, Cümə Məscidini, Xankəndidə Qarabağ Universitetini və Zəfər Parkını ziyarət ediblər.

Şuşada Cıdır düzü, Şuşa qalası və Molla Pənah Vaqifin məqbərəsi, Laçında Zabux qəsəbəsi, Ceyran Qızlar bulağı və seyrəngah, Zəngilanda isə Ağalı kəndi gəzintiləri böyük marağa səbəb olub. İştirakçılar yüksək səviyyədə təşkil olunmuş bu unudulmaz  səfərə görə millət vəkili Ağalar Vəliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31