Azərbaycan elminin Scopus, Webof Science, Süni intellekt və nəsillərarası əlaqə problemləri

Scopus, Webof Science beynəlxalq elmi bazalrdır, sadə dildə desək beynəlxalq dünya alimlərinin əlç çatan elektron elmi kitabxanalrıdır.

Təbii ki, bu kitabxanalardakı məqalələr, kitablar əcnəbi, əksəriyyəti də ingilis dilindədir.

Dünyada minlərlə elmi jurnallar dərc edilir. Bunların çoxu qeyri populyar, bir qismi "yırtıcı"- yəni yalançı, plagiat, az bir hissəsi isə ciddi jurnallardır.

Ciddi jurnalların tələbləri də ciddidir:
1. Tədqiqat uzun illəri əhatə etməlidir.
2. Plagiat olmamalıdır.
3. Müasir metodlar olmalıdır.
4. Son dövrlərin tədqiqatları ilə müqayisəli təhlillər olmalıdır.
5.Ciddi nəzəri və praktiki nəticələr olmalıdır.

Scopus, Webof Science beynəlxalq bazaları bu cür ciddi jurnalların materiallarını yerləşdirir.
Və əksəriyyəti də 500- 3000$ arası ödənişlədir.

Oradakı məqalərdən istifadə edilərkən istinad edilir. 
Və müasir dünyada elmi müəssisələrin, universitetlərin, almilərin reytinqi, nüfuzu  Scopus, Webof Science bazalarında olan jurnallardakı məqalələrin sayı və o məqalələrə istinadla- neçə alim öz məqaləsində səndən sitat gətiriblər ölçülür...

İndi keçək problemlərə:

1. Bəzən Azərbaycan alimlərinin tədqiqatları ciddi jurnallar üçün maraqsız ola bilər. Amma ölkə elmi üçün vacib. Məsələn: Kiçik Qafqazın meşə ekosistemləri bizə vacib olsa da, onlar tələb qoya bilər ki, gərək onu bütöv ( Ermənistan ərazisi də) öyrənəsiz.
Azərbaycanın orta əsrdə hansısa tarixi hadisə  və ya Xətainin şerləri onlara maraqsız ola bilər. 
Qısası, bütün elm sahələrində ölkə üçün əhəmiyyətli olan tədqiqat istiqaməti, beynəlxalq ciddi jurnal üçün maraqsız ola bilər.
Onda nə etməliyik?

2. Elə bu konteksdə başqa məsələ, biz ölkə üçün əhəmiyyətli tədqiqatın dalınca getməliyik, ya ildə on minlərlə məqalə yerləşdirilən  Scopus, Webof Science bazalarına məqalə üçün çalışmalıyıq. O dənizə bir damla su qatmalıyıq?
Elə bu yerdə deyim, biologiya elmlər doktoru rəhmətlik Kərəm Əsədov mənim gözüm önündə illərini sərf etdi "Dendrologiya" kitabı yazdı, indi mənim və digər alimlərin tələbələrin stolüstü kitabıdır. Amma onun  Scopus, Webof Science bazalarında məqalələri yoxdur. Süni ntellekt dövrünü də görmədi.
Və bu bazalar üçün vaxt zəhmət çəkilən məqalələrin çoxundan heç kimin xəbəri yoxdur, və istifadə etməyib.

3. Göründüyü kimi ciddi jurnallar ciddi də pul istəyir dərc üçün.

4. İndi daha ciddi bir vəziyyət yaranıb. Universitet və İnstitutlar elə bil yarışa giriblər. Təbii olaraq xüsusi qruplar formalaşıb ki, işləri ancaq  Scopus, Webof Science bazaları üçün məqalə yazmaqdı. Tədqiqat aparmaq yox, məqalə yazıb illik hesabatda gülümsəmək üçün.

5. Daha ciddi məsələ: 
Bu cür məqalələrin dərci ödənişli olduğu üçün təbii "simbiozluq"  yaranır. Göbələk ağacın gövdəsinə su, gödə isə ona üzvi maddə verdiyi kimi, zəhmətkeş alim tədqiqatını qoyur ortaya, biri yazır, biri tərcümə edir, biri proqramları bilir əcaib bəzəkli diaqramalar çəkir, nəsə riyazi hesablamalar qrulur, özlərində anlamadığı bəzəkli bir şey alınır. Təbii ki süni intelleltdən süni istifadələr olur. Bir- ikisi də heç bunlarla maraqlanmır, məqalənin adını bilmir və pulunu verib onlara qoşulur, adını müəllif kimi yazdırır.

6. Bu məqalələrin əksəriyyəti Universitet və ya İnstutların dövlət tərəfindən qarşıya qoyduqları vəzifələr aid olmur.

Mən bunları deməklə qətiyyən əsl alimlərimizin minbir əziyyətlə tədqiqat aparıb yazdıqları, uşağının boğazından kəsib ödəniş edib dərc etdikləri qiymətli məqalələri nəzərdə tutmuram, onların əməyinə kölgə salmaq fikirində deyiləm.
Eyni zamanda,  Scopus, Webof Science bazalarında məqalə dərc etdirməyin də əlehinə deyiləm. Palaza bürün, dünya ilə sürün.

Sadəcə problemləri deyirəm və bu bazalarda məqalə dərcinoni alim və ya elmi müəssiəsə üçün yeganə  əsas göstərici olmdığını izah etmək istəyirəm

Elə buradaca müxtəlif elm sahələrinin əsas vəzifələrini xatırlatmaq istəyirəm:

1. Müvafiq elm sahəsinə aid dünyada gedən müasir prioritet tədqiqatlar istiqaməti.
2. Azərbaycanı tədiqi etmək ( məsələn botanikadırsa ölkə florası, nadir növlər, biomüxtəliflik və s.). 
3. Ölkənin  bu gün və gələcək iqdisadi, sosial, mədəni  və s. sahələrinə real tətbiq ediləcək nəticələr əldə etmək.

Süni intelllek problemləri:

Süni intellekt geniş anlayışdır, sürətlə inkişaf edir, elmdə tətbiqi qaçılmazdır, vacibdir.

Problem tərəfləri odur ki, komanda ver, sənin üşün məqalə yazsın, dissertasiya hissələri hazırlasın. Elmi konfranslarda bəzəkli düzəkli sözlərlə, mətnlərlə, şəkil diaqramlarla çıxışlar hazırlasın. Sən də tutuquşu kimi mənasını bilməsən də təkrarla.
Bunlar real faktlardır, müşahidə edilir və geniş tətbiq edilir.
Amma elmlə, tədqiqatla heç bir əlaqəsi yoxdur.
Çıx konfransda bir səhifəlik çıxış et, amma öz işin olsun, heç olmasa öz dediyini özün anla.

Nəsillər arası əlaqə problemləri:

Birinci onu deyim ki, süni intellektədən, proqramlardan elə ən çox gənc nəsil tədqiqatçılar həm müsbət həm də nənfi mənada istifafə edir. Yaşlı nəsil yeni sistemlərə , texnoloji tətbiqlərə çətin uyğunlaşır.
Amma burada bir dilemma var:
Gənc tədqiqatçının özü də anlamadığı bəzəkli, gözəgəlmi, müasir texnoloji tətbiqlərlə yazdığı məqalə, təqdim etdiyii çıxış əhəmiyyətlidir, yoxsa yaşlı nəslin sadə amma həqiqəti əks etirən məqalə ya çıxışı?
Sözsüz ki, elm sadədir, həqiqətin ifadəsidir.
Sən armudu general pencəyinin cibinə qoyub nar desən də armud armuddur.

Və təbii ki ən yaxşı variant yaşlı nəsl tədqiqatçılarla gənc nəslin imkanlarını birləşdirməkdir.

Sonda yaşlı nəsil alimlər haqqında:

1. Onlar arasında elələri var ki, enejilidir. Qarşıya qoyulan vəzifəni daha tez və mükəmməl icra edə bilirlər.
2. Elələri var ki, yaşlarından əvvəl qocalıblar, yaxud həvəsdən düşüblər və ya əvvəldən səhlənkar, bacarıqsızdılar.
3. Elələri var ki, diribaşdılar, vəzifə, məqalə, dokturant və s. Hər nə gəldi qamarlayıblar, elmi adlar vəs. Alıblar. Və hər zaman da sui istifafəlik ediblər bunlardan.
ildə normal halda alimin 3- 4 məqaləsi olar. 40 ildə 120- 160. 300- 500 məqalə, onlarla kitab tereska balığı kimi milyonlara kürü töküb sahib çıxmamaq deməkdir ki, onlardan da həyatda 1 ya ikisi qalır.
Yeri gəlmişkən Eynşteynin cəmi 15- 20 məqaləsi olub, o qədər "zəif" alim olub ki, heç deyəsən kitabı da olmayıb.
Uzun illərlə apardığı hesablamalırın nəticəsinə bax hələ, heç bir sətir deyil:
E=MC2
4. Elələri var ki, onlara alim demək olmaz, amma hamıdan öndədilər. Kötük selin ağzını kəsdiyi kimi, elmin, elmi tədqiqatların önünü kəsiblər. On illərlə şöbə müdiri, varlı ailələrin nümayəndələrindən dokturantlar, onları gənə kimi sormaq, axırda da əvəzlərinə iş yazıb yalançı alimlər yetişdirmək.
5. Yaşlı nəsil àlimlər içərisində real elmi olan, ömrünü tədqiqata sərf edən, fəlsəfə və elmlər doktorloarı yetişdirməyə sərf edən, əvəzsiz elmi məktəblər yaradan nurlu alimlərimiz də vardır. Ölənlərə ALLAH rəhmət eləsin, qalanlara sağlamlıq versin.
3.. Yaşlı nəsil həqiqi alimlər elmimizin irsi yaddaşıdır. Ölkənin əvəzsiz sərvəti, qızıl genefonduna aiddir.

Bunları yazmağı özümə borc bildim. 
Ümid edirəm ki, nəyi nə vaxt etməyi hamıdan yaxşı bilən Prezident İlham Əliyevin təşəbbüsü ilə başladılan və nəzarətində olan elm sahəsində islahatlar uğurla davam edir və mütləq öz müsbət bəhrəsini verəcək.
Elmimiz sükunət nöqtəsindən tərpənəcək.

Sadıq Qarayev.

Biologiya üzrə fəlsəfə doktoru, dosent.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31