Müasir karyera siyasəti ilə ailə siyasət arasında tarazlıq yaradılmalıdır- ÖZƏL

"Sovet dövründə "karyerist" sözü çox vaxt mənfi çalarda işlədilir, insanın şəxsi maraqlarını və vəzifə yüksəlişini ictimai dəyərlərdən üstün tutması kimi qəbul olunurdu. Bu gün isə ali təhsil müəssisələrində Karyera mərkəzləri fəaliyyət göstərir, tələbələrə məktəb illərindən başlayaraq peşə seçimi, iş həyatı, vəzifə yüksəlişi və şəxsi inkişaf istiqamətində davamlı olaraq karyera qurmaq tövsiyə olunur". "Olaylar" xəbər verir ki, bunu Azərbaycan, Türkiyə və Rusiya  iqtisad elmləri doktoru Zahid Fərrux Məmmədov deyib:
 
"Təbii ki, insanın peşəkar inkişafı və əmək bazarında uğur qazanması vacibdir, lakin karyeranın həyatın əsas məqsədinə çevrilməsi ailə, övlad və şəxsi münasibətlərin ikinci plana keçməsi riskini yaradır. Nəticədə gənclər əvvəlcə təhsil, sonra işə düzəlmək, karyera qurmaq, mənzil və maddi təminat əldə etmək kimi mərhələləri tamamlayana qədər ailə qurmağı və övlad sahibi olmağı təxirə sala bilirlər. Deməli, müasir karyera siyasəti ilə ailə və demoqrafik siyasət arasında tarazlıq yaradılmalıdır: gəncə yalnız "necə karyera qurmalı?" sualı deyil, həm də "necə uğurlu ailə və dolğun həyat qurmalı?" sualı öyrədilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31