Yeni könüllülər qrupunun seçim mərhələsinə başlanılıb- ÖZƏL

Yeni könüllülər qrupunun seçim mərhələsinə start verilib. "Olaaylar" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov məlumat verib: "Yeni yaradılan könüllü qrupunun seçim mərhələsindən keçmiş gənclərlə görüş keçirdik. Görüş zamanı könüllülük fəaliyyətinin əhəmiyyəti, qarşıda duran vəzifələr və gələcək fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi apardıq.

Qeyd etdim ki, gənclərin ictimai həyatda fəal iştirakı, onların təşəbbüslərinin dəstəklənməsi və potensiallarının inkişaf etdirilməsi mühüm əhəmiyyət daşıyır.Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu gənclər siyasəti nəticəsində gənclərimizin öz potensiallarını reallaşdırmaları üçün geniş imkanlar yaradılıb.

Eyni zamanda, qeyd etdim ki, könüllülük yalnız sosial fəaliyyət deyil, həm də gənclərin liderlik, məsuliyyət və komanda işi bacarıqlarının formalaşmasına mühüm töhfə verən bir fəaliyyətdir. İnanıram ki, seçilmiş gənclər qarşıdakı dövrdə fəallıqları və təşəbbüsləri ilə könüllülük fəaliyyətinin inkişafına öz töhfələrini verəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31