Xocavənd və Şuşaya növbəti köç karvanı yola salınıb
10:32 SosialXocavənd və Şuşa rayonlarına növbəti köç karvanı yola salınıb.Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb.Bildirilib ki, bu mərhələdə Xocavənd rayonunun Quzeyxırman kəndinə 18 ailə (82 nəfər), Güneyxırman kəndinə isə 21 ailə (103 nəfər) və Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə 11 ailə (39 nəfər) köçürülür.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31