Naxçıvan yaşıl enerji zonası elan edilib- ÖZƏL

"Dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Naxçıvan Muxtar Respublikasına səfəri, ölkə Prezidentinin səfər çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzindədir. İnfrastrukturun yenilənməsi, yol və nəqliyyat imkanlarının genişləndirilməsi, enerji layihələrinin həyata keçirilməsi, sosial obyektlərin tikintisi və şəhərsalma işləri Naxçıvanın gələcək iqtisadi potensialına hesablanıb". "Olaylar" xəbər verir ki, bunu YAP Salyan rayon təşkilatının sədri Elmar Əhmədov deyib: "Cənab İlham Əliyev müsahibəsində "Dövlət tərəfindən Naxçıvan Muxtar Respublikasının inkişafına nə lazımdırsa, o da bu günə qədər edilib və ediləcək. Naxçıvanda son 20 il ərzində bütün tikintilər dövlət büdcəsindən maliyyələşdirilib. Hər il Azərbaycan dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə yüz milyonlarla manat vəsait ayrılır. Yəni bu olmasaydı, təbii ki, biz bugünkü inkişaf edən və abad Naxçıvanı da görə bilməzdik" söyləyərək bildirdi ki, ancaq biz hər zaman daha yaxşısını arzulayırıq, daha yaxşısını istəyirik: "Nəzərə alsaq ki, Qarabağ, Şərqi Zəngəzur demək olar ki, sıfırdan qurulur və Zəngilan rayonu ilə Ordubad rayonu arasında məsafə cəmi 42 kilometrdir. Bu, faktiki olaraq vahid bir məkandır, tarixən də belə olub. Zəngəzur, Naxçıvan, Qarabağ vahid məkan olub və insanların da miqrasiyası əsrlər boyu olub. Ona görə bu böyük coğrafiyada qohum-əqrəbalar da çoxdur. Ona görə biz bunu vahid, nümunəvi bir inkişaf diyarı kimi nəzərdə tuturuq".

Qarabağ və Şərqi Zəngəzur, eyni zamanda, Naxçıvan yaşıl enerji zonası elan edilib. Bu gün muxtar respublikada  istehsal olunan enerjinin əksəriyyəti bərpaolunan enerji hesabınadır. Dövlətimizin başçısı bildirdi ki, biz artıq 250 meqavatlıq iki batareya saxlanc qurğusunu yaratmışıq.  Naxçıvanda da birinci mərhələdə ən azı 100 meqavatlıq batareya saxlanc qurğusu qurulacaq.  Çünki burada da bərpaolunan enerji - Günəş və su elektrik stansiyaları işləyir. Ona görə bu enerjiləri yığmaq üçün gərək bu müasir texnologiyalardan istifadə edək. Bütün bu işlər artıq sistemli şəkildə davam edir. Əgər biz ölkəmizin coğrafi yerləşməsini götürsək görərik ki, hər bir bölgə üçün xüsusi bir inkişaf planı var. Hər bir iqtisadi bölgəmiz uğurla inkişaf edir və bu, ölkəmizin ümumi inkişafını təmin edir: "Ona görə planlar böyükdür və bu planların icrası ilə bağlı məndə heç bir şübhə yoxdur. Çünki güclü iradə var, maliyyə resurslarımız da var, heç kimdən də asılı deyilik. Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31