Ədliyyə könüllüləri üçün təlimə start verilib- ÖZƏL

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında Ədliyyə könüllülərinin peşəkar və şəxsi inkişafına, eləcə də müasir iş mühitində zəruri olan yumşaq bacarıqlarının  inkişaf etdirilməsinə yönəlmiş təlimlərə başlanılıb. Nazirlikdən "Olaylar"a bildirilib ki, təlimlərin ilk proqramı "Vətəndaş məmnuniyyətinin təmin edilməsi" mövzusuna həsr olunub. Təlim Ədliyyə Nazirliyinin Sumqayıt regional ədliyyə idarəsinin əməkdaşı Sevinc Rəhimova tərəfindən keçirilib.
Təlimlərin keçirilməsində əsas məqsəd könüllülərin vətəndaşlarla düzgün və səmərəli ünsiyyət qurmaq, onların müraciət və ehtiyaclarına həssas yanaşmaq, xidmət keyfiyyətini yüksəltmək, eləcə də peşəkar fəaliyyət zamanı qarşılaşa biləcəkləri müxtəlif situasiyalarda düzgün davranış nümayiş etdirmək bacarıqlarının formalaşdırılmasıdır.
Oktyabrın 30-dək davam etdirilməsi nəzərdə tutulan təlimlər çərçivəsində könüllülərə ünsiyyət bacarıqları, stressin idarə edilməsi, komandada işləmək, münaqişəli halların idarə edilməsi, etik davranış və vaxtın idarə edilməsi mövzularında praktiki bilik və bacarıqlar aşılanacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31