“Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi 3-cü tədbirini keçirdi

Avqustun 11-də "Dənizçilərə Sosial Dəstək" İctimai Birliyi (DSD İB) Azərbaycan Respublikasının  Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentlioynin maliyyə dəstəyi ilə növbəti, 3-cü tədbirini keçirdi . "Dənizçi Şəhid Ailələri ilə iş" adlı layihə  ASCO-nun  Xaçmaz rayon, Nabran qəsəbəsində yerləşən "Dənizçi" istirahət mərkəzində gerçəkləşib.

DSD İB-nin Analitik-İnformasiya Bölməsindən verilən məlumata görə, tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə "Dənizçi"də istirahət edən dənizçi şəhid ailələriŞ müharibə iştirakçıları, Mərkəzin işçiləri və digər qonaqlar iştirak edirdi.
Qonaqlar sırasında 1990-cı ilin 20 yaçvar şəhidlərindən olan İlham və Fərizə Allahverdeiyevlərin qohumları, İlhamın qardaşı Elxan Orucov və onun ailə üzvləri, Fərizənin xalası  Bəsti Mustafayeva da var idi.
Tədbiri giriş sözü ilə açan DSD İB-nin İdarə Heyətinin sədri, layihə rəhbəri, gəmi kapitanı və şair Faiq Balabəyli layihənin məqsədi barədə məlumat verib. O bildirib ki, dənizçilərimiz ölkə iqtisadiyyatının möhkəmlənməsində mühüm rol oynadıqları kimi, torpaqlarımızın işğaldan azad olunmasında, ərazi bütövlüyümüzün təmin edilməsində,  Azərbaycanın müasir tarixinin ən mühüm mərhələlələrində böyük qəhrəmanlıq nümunələri göstəriblər.
Faiq Balabəyli şəhid dənizçilərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərdən də danışaraq qeyd edib ki və bu istiqamətdə digər tədbirlər də həyata keçirilir.

Tədbirdə iştirak edənlər, ASCO-nun Sosial məsələlər üzrə departamentinin rəhbəri İlqar Oruclu "Dənizçi" İstirahət Mərkəzinin direktoru Cahangir Balakişiyev, Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri, ekspert Fuad Hüseynzadə, 20 yanvar hadisələri zamanı şəhid olan İlham və Fərizə Allahverdiyevlərin yaxın qohumları, şəhid dənizçi ailələrinin üzvləri və qazi dənizçilər çıxışlarında dənizçi şəhid ailələri və müharibə iştirakçılarına yənəlik dövlət siyasətinin tərkib hissəsi olaraq ASCO-nun davamlı olaraq apardığı siyasətdən bəhs etdilər.  "Dənizçilərə Sosial Dəstək" İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi layihə çərçivəsində gerçəkləşən layihəsini alqışladılar.

Tədbirin sonunda layihə rəhbəri Faiq Balabəyli onu da vurğuladı ki, "Dənizçi şəhid ailələri ilə iş" adlanan layihədə dənizçi şəhid ailələrinin sosial, mədəni və hüquqi baxımdan maariflənməsi üçün fəaliyyət planına daxil olan işlər nəzərdə tutulan 4 tədbirdən üçüncüsünü "Dənizçi" İstirahət Mərkəzində keçirilməsi bu qrupa aid olan insanların dövlətimiz, eləcə də ASCO tərəfindən daima diqqətdə olmasının bariz nümunələrindən biridir.

Biz DSD İB yi olaraq bu layihəni də  uğurla davam etdiriləcək, mütəxəssis ekspert rəyləri dinlənəcək, dövlətimizin şəhod ailələri və müharibə iştirakçılarının sosial rifahı naminə gördükləri işlərlə bağlı məlumatları ictimailəşdirəcək və diqqətdə saxlayacağıq.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib, hədiyyələr verilib

Tural Balabəyli,

"DSD" İB-nin layihə üzrə analitik-informasiya bölümünün rəhbəri

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31