Tolik: "Vəfanın “Ağ şəhər”də 3-4 evi var, Famil ondan 50 min borc alıb" - VİDEO

 

 

Prodüser və aparıcı Tarix Əliyev (Tolik) sosial şəbəkə hesabında etdiyi canlı yayım zamanı açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, aparıcı müğənni Vəfa Şərifovanın keçmiş sevgilisi olduğu bildirilən biznesmen Familin sənətçidən 50 min manat borc aldığını iddia edib.

Tarix Əliyev canlı yayımda Vəfa Şərifovanın ona Famil barədə danışdığını bildirib. Onun sözlərinə görə, sənətçi biznesmenin ondan borc pul istədiyini və bu məbləği verdiyini deyib.

Aparıcı həmçinin Vəfa Şərifovanın "Ağ şəhər"də  3-4 evinin, eləcə də "Koroğlu" metrostansiyası yaxınlığında mənzillərinin olduğunu söyləyib.

Tolik Familin şəxsən ona müraciət etdiyini də iddia edib. Aparıcının sözlərinə görə, biznesmen müğəninin Rusiyaya gəlməsini, orada nikah bağlamağı və  Afət Fərmanqızını məhkəməyə verməyi təklif edib.

Açıqlamada səsləndirilən iddialar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Qeyd edək ki, sözügedən fikirlər Tarix Əliyevin canlı yayım zamanı səsləndirdiyi iddialardır və qarşı tərəfin bununla bağlı mövqeyi məlum deyil.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31