Kimlər özəl məhkəmə eksperti qismində fəaliyyət göstərə biləcəklər?- ÖZƏL
12:48 SosialAzərbaycanda vətəndaşlar özəl məhkəmə eksperti qismində fəaliyyət göstərə biləcəklər. "Olaylar" xəbər verir ki, özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərin "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində müəyyən edilən tələblərə cavab verməsi zəruridir. Artıq Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası tərəfindən özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslər üçün keçiriləcək icbari təlimə qeydiyyat başlayıb.
Təlimdə iştirak etmək istəyən namizədlər 6 avqust tarixindən 5 sentyabra qədər elektron ərizə formasını dolduraraq və tələb olunan sənədlərin skan olunmuş surətini əlavə edərək müraciət edə bilərlər. Müraciət elektron qaydada qəbul edilir. İcbari təlim ödənişli əsaslarla həyata keçirilir.