Ailə dəyərlərinin təbliği mövzusunda tədbir keçirilib- ÖZƏL
12:09 SosialGoranboy rayonunda "Ailə dəyərlərinin təbliğ olunması, xüsusən də qadın hüquqlarının və rəsmi nigahın üstünlüklərinin izahı" mövzusunda maarifləndirici tədbir keçirilib. Rayon İcra Hakimiyyətindən "Olaylar"a bildirilib ki, tədbir Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Goranboy rayon Qeydiyyat şöbəsi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru və Goranboy Uşaq Ailə Dəstək Mərkəzinin iştirakı ilə baş tutub. "Ailə dəyərlərinin təbliğ olunması, xüsusən də qadın hüquqlarının və rəsmi nigahın üstünlüklərinin izahı" mövzusunda keçirilən maarifləndirici tədbirdə cəmiyyətin ən mühüm təməl daşı olmasından, ailədəki qarşılıqlı hörmət və münasibətlərin sağlam bir cəmiyyətin yaranmasında əsas rol oynadığını vurğulanıb.